Kateqoriyasız

“Antalyaspor”a qalib gəlmək istəyirik” – Məqsəd İsayev

“Neftçi”nin futbolçusu Məqsəd İsayev “Əl-Faysali” klubu ilə yoxlama oyunu (2:1) haqda fikirlərini bölüşüb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun maraqlı keçdiyini bildirən gənc müdafiəçi növbəti görüşdə də qələbə qazanmağa çalışacaqlarını deyib:

“Çox maraqlı oyun keçdi. Şadam ki, qələbə qazandıq. Uşaqlar da əllərindən gələni etdilər. Qarşıda “Antalyaspor”la oyun var. O görüşdə də qələbə qazanmaq istəyirik. “Kəpəz”lə oyuna tam hazır olacağıq. Mən uzun müddətdən sonra ilk dəfədir ki, meydana çıxdım. Pis alınmadı. İnşallah, davamı olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43