Kateqoriyasız

“Seltik” – “Qarabağ” oyunu canlı yayımlana bilər

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Seltik” – “Qarabağ” oyununun Azərbaycanda yayımı baş tutmaya bilər.

İdmanxeber.com-un məlumatına görə, bu haqda “İdman Azərbaycan” kanalının rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilir ki, matç Azərbaycan dövlət televiziyası ilə canlı yayımlanmalı idi.

“Artıq bununla bağlı qarşı tərəflə danışıqlar aparılmış və ilkin razılıq əldə olunmuşdu. Hətta oyunun göstəriləcəyi ilə bağlı anons da hazırlanmışdı. Ancaq yayım baş tutmaya bilər. Belə ki, Şotlandiya təmsilçisi son anda qarşılaşmanın yayım hüququnu satmaqdan imtina edib. Şotlandlar səbəb kimi çox gülünc məntiqə əsaslanırlar. Onlar guya Azərbaycanda internet saytlarının qanunsuz olaraq “İdman Azərbaycan” kanalını onlayn olaraq öz səhifələrində yerləşdirilməsini əsas gətirərək qarşılaşmanın ölkəmizdə göstərilməsini istəmirlər. Belə olan təqdirdə "Seltik" tərəfi Şotlandiyada da görüşün bu saytlar vasitəsilə izləniləcəyini qanunsuz hesab edir. “İdman Azərbaycan” kanalı hazırda oyunun canlı yayımlanması üçün Şotlandiya klubu, habelə oyunu həmin ölkədə yayımlayacaq telekanalla danışıqları davam etdrir. Ancaq telekanal rəhbərliyi onu da bildirir ki, əgər "Seltik" rəhbərliyi oyunun yayım hüququnu Azərbaycan televiziyasına verməkdən imtina etsə, o zaman artıq AzTV-dən asılı olmayan səbəblər üzündən “Seltik” – “Qarabağ” matçı canlı göstərilməyəcək. Yayımın baş tutmamasına görə, bütün məsuliyyət "Seltik" klubunun üzərinə düşür” – deyə məlumatda bildirilir.

Klubun icraçı direktoru Ermah Çəlikəl saytımıza açıqlamasında bunları dedi:

"Oyun göstərilməyəcək. Son qərardı".

Lakin sonda onu da qeyd edək ki, matçın yayımlanma ehtimalı da var. Belə ki, kanaldan saytımıza bildirilib ki, oyunun başlamasına 1 saat qalmış qarşı tərəfə son zəng olunacaq. Şotlandlar son anda fikir dəyişdirsələr o zaman oyun AZTV-nin canlı yayımında olacaq.

Xüsusi qeyd: Əgər oyun TV-dən yayımlanmasa matçın linki saytımızda yerləşdiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43