Kateqoriyasız

Azərbaycanlı döyüşçü erməni zabitini bir zərbəyə diz çökdürdü – Video

Gürcüstanın Batumi şəhərində keçirilən kungq-fu sanda üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub.

İdmanxeber.com-un məlumatına görə, finalda Babək Əliyev erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni  rəqibinə aman verməyən Babək ayaq zərbəsi ilə onu nokauta salıb. Babək öz açıqlamasında bunları qeyd edib:

“Bu qələbəni canım vətənim, millətim adına aldığına görə çox sevincliyəm. Qələbəmi bu yaxınlarda şəhid olan əsgər qardaşlarıma həsr edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43