Kateqoriyasız

“Qəbələ”ni məyus edən məqam

UEFA Avropa Liqasının pley-ff mərhələsinə yüksələn “Qəbələ” bu mərhələnin ilk görüşündə Cavid Hüseynovun xidmətindən yararlana bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb “Apollon”la (Kipr) üçüncü təsnifat mərhələsinin cavab görüşündə 3-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşməsidi.

Qeyd edək ki, Hüseynov bundan əvvəl birinci təsnifat mərhələsində  “Dinamo” (Tiflis) ilə Qəbələdə keçirilən cavab görüşündə və ikinci təsnifat mərhələsində Serbiya “Çukariçki”si səfərdə oynanılan ilə ilk matçda sarı vərəqə alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43