Müsahibə

“Qəbələ”nin braziliyalısı Syominə üsyan etdi: “Cavabımı stadionda verəcəm” – MÜSAHİBƏ

“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Rodriqes Assisn idmanxeber.com saytına müsahibəsi.

– Ötən gün “Xəzər Lənkəran”la keçirdiyiniz daramatik matç sonunda yenildiniz. Bu oyunla bağlı düşüncələrini öyrənmək istəyərdim.

Hər iki komanda yaxşı oyun oynadı. Birinci hissədə biz, ikinci yarıda isı “Xəzər Lənkəran” yaxşı oynadı. Sadəcə onlart əlinə düşən fürsətləri qola çevirdilər.

– “Xəzər Lənkəran” hansı cəhətdən sizi üstələdi?

Sadəcə onların son zərbələri dəqiq idi. 

– Bu ardıcıl ikinci məğlubiyyət oldu. Çempionluq yarışında mühim xallar itirdiyinin fərqində deyilsiz?

Bizim hələ də şansımız var. Sadəcə toparlanıb yenidən qələbələr qazanmalıyıq.

– İddialılarla oyunda komandanın nəticə qazana bilməməsinin səbəbi nədi?

Artıq bütün bunlar gedirə qaldı. Biz qarşıdakı oyunumuza hazırlaşmalıyıq.  Bu oyunlara motivasiya olmalıyıq ki, qalib gələk. Xüsusən də evdə keçirəcəyimiz oyunlarda 3 xal qazanmalıyıq. 

– Syominin “qara siyahı”sına düşmüsən. Demək olar ki, sənə şans vermir. Bu oyununla bağlıdı, yoxsa…?

Mən bilmirəm, baş məşqçi mənim haqqımda nə fikirləşir. Mən onu deyə bilərəm ki, oynamağa hazıram.. Son iki ildə komandanın əsas oyunçularından olmuşam. Əgər mənə bir şans verilsə nəyə qadir olacağımı göstərəcəm. Amma şans yoxdur, mən də heç nə edə bilmirəm.  Hazırda şans gözləyirəm, əgər iki-üç oyun oynasam ilk “11”likdəki yerimi itirməyəcəm.

– Komandada rəqabət güclüdü və yəqin ki, sən bu rəqabətdə uduzduğuna görə, əsas heyətə düşmürsən…

Hər futbolçuya şans verildi. Mən yalnız “Rəvan”la oyunda oynadım və yaxşı çıxış etdiyimi düşünürəm. Həmin oyunda da qalib gəldik. Mənə şans verilsin, cavabımı stadionda verəcəm. Mən hər kəslə rəqabətə hazıram, təkcə şans verilsin. Rəqabətdə kimin yaxşı oyun oynaması üçün şans lazımdı. İnanıram ki, mənim də imkanım olacaq.

– Artıq bir neçə gündən sonra AZAL-nan qarşılaşacaqsınız.

Çətin oyun olacaq. Ümid edirəm ki, qələbə bizimlə olacaq.

Səxavət Qurbanov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43