Kateqoriyasız

“Qəbələ”nin hücumçusu: “Bürünc mükafat şanslarından danışmaq istəmirəm”

“Ardıcıl 7 qələbə qazandıq. Vacib olan qalib gəlməyimizdir, bu seriyanın 7 matçdan ibarət olması isə artıq statistikadır. “Neftçi” ilə qarşılaşmada daha təşkilatlanmış oyun göstərdik. Bunun da nəticəsində rəqibimizə özünün güclü tərəflərini nümayiş etdirməyə imkan vermədik”.

İdmanxeber.com-un klubun saytına istinadən məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Aleksey Qay Azərbaycan Premyer Liqasının 30-cu turunda “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O bildirib ki, oyunla bağlı bütün düşüncələrini yerinə yetiriblər: “Bunu təkcə rəqibi yaxşı təhlil etməklə əlaqələndirməzdim. Qarşılaşmaya tam konsentrasiya olmuşduq. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, istədiyimiz nəticəni qazandıq. Heç vaxt turnir cədvəlinə baxıb, fikir söyləmirəm. Bu üzdən bürünc mükafat şanslarından danışmaq istəmirəm. Biz hər oyunda maksimum nəticə üçün mübarizə aparırıq. Düzdür, komandamızın qollarından birinə imza atdım. Amma futbolda vurulan qol bütün komandamın əməyinin nəticəsidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43