İdman

“Qəbələ”nin sabiq baş məşqçisi İngiltərə klubunu alır

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adamsın da yer aldığı “Fulwell73” konsorsiumu İngiltərənin “Sanderlend” klubunu ala bilər.

İdmanxeber.com-un “Daily Star”a istinadən yaydığı xəbərə görə, Adams və konsorsiumun digər üzvləri “Çelsi”nin keçmiş icraçı direktoru Pol Smitlə birgə bununla bağlı danışıqlara başlamağa hazırlaşırlar.

Onlar əvvəlcə həftəsonu tanınmış futbol məsləhətçisi Kit Harrislə klubun satışı ilə əlaqədar görüşmək niyyətindədirlər. “Sanderlend”in sahibi Ellis Şortun İngiltərə Premyer Liqanı tərk edən klub üçün 80 milyon funt sterlinq tələb etdiyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43