İdman

“Qəbələ”nin sabiq futbolçusu Livana üz tutdu

Bir müddət “Qəbələ” forması heyinən Teo Uilksin yeni klubu bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, o, Livanın “Əl-Ənsər” klubunun uğurları üçün tər tökəcək.

Qeyd edək ki, Teo ötən mövsüm icarə əsasında “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”ın heyətində ilk vaxtlar inamlı çıxış etsə də, sonradan əsas heyətə düşməkdə çətinlik çəkib və  geri göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43