İdman

Qrizmann “Atletiko”dan “Barsa”ya

“Atletiko”nun hücumçusu Antuan Qrizmanın gələcək komandası müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, fransalı forvard mövsümün sonunda “Barselona”ya keçəcək.

 
“Real” və PSJ-nin də maraq dairəsində olan 26 yaşlı futbolçu son olaraq “Mançester Yunayted”dən təklif alıb. Lakin oyunçunun meneceri “qırmızı şeytanlar”ın vitse-prezidenti Ed Vudvordla görüşdə “Barselona” ilə anlaşdıqlarını açıqlayıb və təklifi rədd edib.
 
“Atletiko”nun baş direktoru Migel Anxel Gillə “Barselona”nın prezidenti Xosep Bartomeu arasındakı ilkin razılığa görə, kataloniyalılar mövsüm başa çatan kimi, iyulun 1-nə qədər 100 milyon avro qarşılığında Qrizmanı transfer edəcək. Əks təqdirdə, iyulun 1-dən sonra futbolçunun qiyməti 200 milyon avro olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43