İdman

Qurban Qurbanova mükafatı təqdim edildi – FOTOLAR

Bu gün Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib. 
İdmanxeber.com-un xəbərinə görə, “Fairmont otel”də keçirilən tədbirdə PFL prezidenti Ramin Musayev, həmçinin, çox sayda media nümayəndəsi iştirak edib.

“Qarabağ” və millimizin çalışdırıcısına mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Xatırladaq ki, səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43