Ölkə futbolu

Qurban Qurbanov: “Arsenal” oyununda iki qatını etməliyik”

Topaz Premyer Liqasında VI turun “Sabah” – “Qarabağ” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

“Futbolçularımı təbrik edirəm. Gözəl qələbə qazandılar. Həddindən artıq çətin oldu. Buna baxmayaraq, istəyimizə çatıdıq. Bu gün çox yaxşı müdafiə olunan komandaya qarşı oynadıq, rəqib əks-hücumda da təhlükəli idi. Meydanda görünürdü ki, rəqib çox hazırlıqlıdı. Futbolçularım çətinlik çəkdi, ancaq ümumilikdə intizamlı oynadılar. Azarkeşlərimizə də təşəkkür edirəm, stadionun hər yerində onları hiss edirdim”.

– “Arsenal”la oyunöncəsi medafiəmeyilli rəqibə qarşı oynamaq komandaya necə təsir göstərəcək?
– Əlbəttə, fərqli rəqiblərdi. Ancaq qalib gəlmək, xallarımızı artırmaq istəyirdik. Baxmayaraq ki, futbolçularımız yaxşı oynadı, ancaq çox əziyyət çəkdilər. “Arsenal”la oyunda iki qatını etməliyik.

– Əvəzetmələr oyuna görə oldu?
– Bəlkə, bir dəyişiklik fərqli oldu. Amma ümumilikdə, oyunun gedişatına görə dəyişiklik edirik. Bəzi oyunçular var ki, onlara istirahət vermək istəyirdim. Bugünki dəyişiklər sırf oyunun gedişatına görə idi.

– “Sabah”ın heyətində milliyə namizəd varmı?
– Hər hansı fikir söyləyə bilmərəm. Millidə oynayan oyunçu var – Cavid İmamverdiyev. Xüsusi qeyd edəcəyim futbolçu yoxdu.

– BOS-da keçirilən son oyunda ot örtüyü elə də yaxşı deyildi…
– Orada işlər gedir. Fikirlər həmin stadiona yönəlib. Düşünürəm ki, son oyuna nisbətən xeyli fərqli olacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43