Ölkə futbolu

Elşad Əhmədov: “Xal almağa layiq oyun oynamışdıq”

Topaz Premyer Liqasında VI turun “Sabah” – “Qarabağ” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bizdən üstündülər. Biz də bacardığımız qədər vuruşduq. Futbolçuların ən azı bir xallıq əziyyəti var idı. Komandamdan razıyam”

– “Sumqayıt”a 1:4 məğlub olduğunuz oyun daha ağır idi, yoxsa bu?
– Hər iki komanda arasında fərq var. Əsas odur ki, “Qarabağ” ilk qolu vuranda çox sevinməyi məni təəccübləndirdi. Demək ki, 3 xalı itirmə ehtimalına görə qorxurdular.

– Görünür ki, komanda bir futbolçudan aslıdı. Deviçin oyunu alınmayanda komandada da alınmır…
– Deviç yaxşı oynadı. Ən azı müdafiədə mövqe seçir, komandaya fayda verir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43