Kateqoriyasız

Qurban Qurbanov “B” planına əl atdı

“Qarabağ” hazırlıqlarını davam etdirir. Premyerliqanın V turunda AZAL-ın qonağı olacaq komanda günə 1 məşqlə kifayətlənir.

İdmanxeber.com-un məlumtaına görə, komanda milli oyunlar səbəbindən tam heyətlə çalışa bilmir.  Komandada fərqli yığmalara gedən futbolçuların olması məşqlərin tam heyətlə baş tutmamasına səbəb olur. Belə də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əvəzedici heyətdən də bir neçə futbolçunu əsas heyətdə məşqlərə çağırıb. Elçin İsmayılov, Seymur Abdullayev, Elnur Mustafayev, Elçin Rəhimli, Fuad Məmmədzadə əvəzedici heyətdən  əsas komandaya dəvət edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43