Ölkə futbolu

Qurban Qurbanov: “Böyümək üçün belə məğlubiyyətlər lazımdır”

Avroliqanın qrup mərhələsinin ikinci turuna start verilib

Avroliqanın qrup mərhəlisinin ikinci oyununda “Qarabağ” doğma meydanda “Arsenal”ı qəbul edib. Oyundan sonra baş məşqçi Qurban Qurbanov oyun barəsində fiirlərini bölüşüb:

“Bəli, məğlub olduq. Ancaq çox yaxşı oynadığımızı düşünürəm. Rəqibdən çəkinmədən mübarizə apardıq. Oyunçularıma təşəkkür etdim. Azərkeşlərə də çox təşəkkür edirik. Böyümək üçün belə məğlubiyyətlər olmalıdır. Xeyli sayda qol epizodları olsa da, istifadə edə bilmədik. “Arsenal”ın Son vaxtlar belə 3-lü müdafiə ilə oynadıqlarını xatırlamıram. Emerinin heyəti bizi təəccübləndirdi. Buna görə belə düşündük ki, qabaqda presslə başlayaq. Məncə, pis də alınmadı. Ən əsası azarkeşlərə yaxşı futbol göstərdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43