İdman

Qurban Qurbanov: “Bu qolun gözəlliyi başqadı”

“Əsl derbi oyun idi.  Buk omandalar arasında dostuq əlaqələri var. Baş verən xoşagəlməz məqamlara gəlincə, belə halla futbolun gözəlliyidi.” 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:

Son dəqiqələr elədi ki, məğlub ola da bilərdik, qalib gələ də… Biz çalışırıq ki, sona kimi mübarizə aparaq. Bu oyunun gözəlliyi son dəqiqə qolu idi. Futbolda son dəqiqə qolu gözəldi. Komandamı, azarkeşləri bu gözəl qələbə münasibəti ilə təbrik edirəm”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43