Premyer Liqa

Qurban Qurbanov: “Bundan sonra daha ağır, daha çətin olacaq”

“Qəbələ”ni təbrik edirəm. Bu, hər birimiz üçün vacib oyun idi. Uduzmağımıza baxmayaraq, oyundan razı qaldım. Çempionat davam edir. Bundan sonra daha ağır, daha çətin olacaq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən “Qəbələ” – “Qarabağ” (2:0) matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis oyunda vurulan ilk qol barədə də fikrini bildirib:

“Məncə, bu gün hakimlikdən danışmayaq. Çünki çox yüksək səviyyədə idarə edildi oyun. İlk qola gəlincə, Fariz Yusifov həmin epizodu görmüşdü və bildi ki, qol qaydalar çərçivəsində vurulub. Sadəcə, yan xətt hakimi bayrağını qaldırmışdı, amma o, topun kimdən getdiyini bilmirdi. F.Yusifov isə epizoda daha yaxın idi. O, yan xətt hakiminə dedi ki, top Bədavi Hüseynovdan gedib. Bugünkü idarəçiliyinə görə, məktəb dili ilə desək “5” düşür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43