Ölkə futbolu

Qurban Qurbanov: “Həmin oyunun təxirə salınması üçün müraciət edəcəyik”

Topaz Premyer Liqasının təxirə salınmış oyunu keçirilib.

Topaz Premyer Liqasının ilk turunda təxirə salınmış “Qarabağ” – “Zirə” matçı bu gün keçirilib. Oyundan sonra ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Vacib 3 xal qazandıq. Hər şey istədiyimiz kimi alındı. Bu oyuna yaxşı hazırlanmışdıq. Rəqib komanda da yaxşı oyun göstərdi. Bu gün hər iki komanda baxımlı oyun ortaya qoydu. Oyunçularımı təbrik edirəm. “Zirə” komandası hazırda haqq etdiyi yerdə deyil. Yəqin ki, zaman keçdikcə onlar da layiqli yerə gələcəklər”.

-Geryenin vəziyyəti nə yerdədi ?

-Çiyninin çıxdığını bilirik. Ancaq hazırda dəqiq heçnə deyə bilmirəm.

-Komandanızda 2:0 sonra biraz arxayınlıq yarandı sanki.

Hiss olunurdu. İkinci qoldan sonra biraz toparlandıq. Xeyli qol imkanlarımız olsa da, istifadə edə bilmədik.

-Halldorssonun oyunu sizi qane etdimi ?

-Buraxdığımız qollarda qapıçının səhvləri yox idi. Hər 3 qapıçımız da əsas qapıçıdır. Onların hər birindən razıyam.

-Gələn ayın 4-ü “Arsenal”la oynayacaqsınız, iki gün sonra isə”Keşlə” ilə qarşılaşacaqsınız. Oyunu təxirə salmaq üçün müraciət edəcəksiniz ?

-Yəqin ki, edəcəyik. Çünki çox sıx qrafikimiz var. Açığı təxirə salmaq tələbini etmək istəmirik. Ancaq başqa variantımız yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43