Ölkə futbolu

Qurban Qurbanov: “Heyətimizin yeniləndiyini nəzərə almalıyıq”

Qurbanov rəqibini təbrik etdi.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində BATE ilə heç-heçə (1:1) edərək mübarizəni dayandırıb. Oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlama verib. O, heyətin yeni olduğunu bildirib:

“BATE-nı təbrik edirəm. Hər iki oyunda intizamlı oyun oynayaraq qələbə qazandı. Buraxdığımız qollar öz səhvlərimizdən oldu. Ümumiyyətcə futbolda qollar səhvlərdən vurulur.  Heyətimiz yenidir. Oyunçular arasında anlaşılmazlıqlar var. Bunlardan dərs çıxartmalıyıq. Bu oyun geridə qaldı. Artıq irəliyə baxmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43