Ölkə futbolu

Qurban Qurbanov iki futbolçunu kənarda saxladı

İki futbolçu millidən  kənarlaşdırılıb.

İdmanxeber.az-ın məlumatına  görə, Komandamızın baş məşqçisi Qurban Qurbanov müdafiəçi Bəxtiyar Həsənalızadə  və hücumçu Ruslan Qurbanovun  adını siyahıdan çıxarıb. Əvəzində isə “Neftçi”nin futbolçusu Namiq Ələskərovun adı 23-lüyə daxil edilib.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə Kosovo ilə görüşdə iştirak etməmişdi. Ruslan Qurbanov isə ilk 11-likdə meydana çıxdığı oyunun 61-ci dəqiqəsində əvəzlənmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43