Premyer Liqa

Qurban Qurbanov: “İnanmıram belə təklif olsun“

“Bu şeyləri sevmirəm ki, oyunçularımın intizamsızlığından danışılsın. Futbol aqressiv oyundur. Dəfələrlə tələb etmişəm ki, hər nə olur olsun, özlərini intizamlı aparmalıdır. Məcburdurlar. Çünki biz kollektivik. Bəzən qırmızı vərəqələrdən sonra futbolçu özünü idarə edə bilmir. Elvində aqressivlik, cığallıq var. Qarşıdakı illərdə inanıram ki, bunlar aradan qaldırılacaq. Bu yaş dövründə yollarını aza bilərlər. Nərimana gəldikdə isə hansısa jurnalistlə diskusiyası alınmayıb. O elə uşaqdır ki, kəlbətinlə söz ala bilmirsən. Bəzən mənim ondan narazı olduğum hallar olur”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz” – “Qarabağ” görüşündə sonra keçirilən mətbuat konfrasında Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis AFFA-nın vitse-prezidenti olmaq barədə sualı isə belə cavablandırıb:

“İnanmıram belə təklif olsun. Hələlik missiyam məşqçi olmaqdır. Hazırda burdayam, bu kollektivlə işləmək xoşdur. Müzakirə edilməyən mövzu haqda fikir bildirməyi xoşlamıram. İK-ya namizədliyim verilib, amma təsdiq olunmayıb. Rəsmiləşdikdən sonra fikir bildirmək olar”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43