Kateqoriyasız

Qurban Qurbanov: “Kəpəz” Avropa Liqasında oynamağa qadir komandadı”

Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” oyunu qonaqların 3-2 hesablı qələbəsi ilə yekunlaşdı

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları deyib:

"İlk növbədə “Kəpəz”ə uğurlar arzu edirəm. Həqiqətən də tərifəlayiq futbol oynadılar. Düşünürəm ki, gələcək daha yaxşı nəticələr əldə edəcəklər. Şahin müəllimə uğurlar diləyirəm. Mənim Gəncə şəhərinə başqa cür sevgim var. Bu qədim şəhər həmişə maraqlı hadisələrlə yadda qalıb. Şadam ki, Gəncədə yenə futbol var. Azarkeşlər həm məni, həm də komandamı çox yaxşı qarşıladılar. Hesab edirəm ki,  “Kəpəz” Avropa Liqasında oynamağa qadir komandadır. Öz komandama gəldikdə, hər bir oyunçuya təşəkkür edirəm. Ağır səfərdən sonra qayıdıb, qələbə qazandıq. Bir araya gəlib, oyuna ciddi yanaşdıq və nəticə qazandıq"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43