İdman

Qurban Qurbanov : “Komandamın oyunundan razı qaldım”

"Qarşılaşma maraqlı alındı, heç də Avroliqa oyunlarından geri qalmadı. Çətin oldu. İlk dəqiqələrdən alınmasa da, sonradan oyunu sakitləşdirdik. Çalışdıq ki, oyunumuzu quraq. Təəssüf ki, məğlub olduq. Son 3 səfər oyunu çox ağır oldu. Bunları əvvəlcədən bilirdik. Məğlub olmaq istəməzdik. Futbolçuların yarıdan çoxu milli komandaya gedəcək və qalanları istirahət edəcək. Qarşıda maraqlı oyunlar var. Çalışacağıq ki, bu oyunlara daha düzgün hazırlaşaq".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:

"Komandada heç bir şey baş vermir. Biz sadəcə rəqiblərə qarşı istədiyimiz oyunu qura bilmədik. Komandanın oyunundan razı qaldım. Xüsusən də, ikinci hissədə. Məncə normaldı. Futbolda hər komanda belə halla üzləşir. Əsas məqam, bundan sonraki oyunlardı. Bunu normal qəbul edirəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43