Ölkə futbolu

Qurban Qurbanov: “Məğlub olsaq da…

Qurbanov sabahkı qarşılaşma öncəsi açıqlama verib

İdmanxeber.az-ın məlumatına görə, UEFA Avroliqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” sabah “Şerif” komandasının qonağı olacaq. Oyundan öncə keçirilən mətbuat konfransında təmsilçimizn baş məşqçisi Qurban Qurbanov oyun barəsində danışıb.

O, hər iki komandanın da son şansı olduğunu bildirib:

“Çətin bir qarşılaşma olacaq. İki komandanında Avrokuboklarda yoluna davam etməsi üçün son şansıdır. Mövsümün əvvəlində qarşımıza hədəf olaraq Avroliqasının qrup mərhələsini qoymuşduq. Bu hədəfi gerçəkləşdirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik.  Oyuna yaxşı hazırlaşmışıq. Düzdür heyətdə müəyyən itkilərimiz var. Emeqaranın olmaması bizim üçün itkidir. Məqlub olsaq da, buna peşekarcasına yanaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43