Ölkə futbolu

Qurban Qurbanov onu ikinci heyətə göndərdi

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qarabağ”da Con Delarjı ikinci komandaya göndərilib.

Bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb. Məlumatda baş məşqçi Qurban Qurbanovun qərarı ilə konqolu yarımmüdafiəçi əvəzedici heyətə göndərildiyi bildirilib.  Futbolçu bu gün Antalyada davam edən təlim-məşq toplanışından Bakıya yola salınıb.

Konqolu futbolçunun oyun səviyyəsi və intizamı təcrübəli mütəxəssisi narazı saldığından baş məşqçinin bu qərarı verdiyi yazılır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43