Ölkə futbolu

Qurban Qurbanov: “Optimal formadan uzağıq”

Qarabağ”ın baş məşqçisi  Qurban Qurbanov   Antalyada təlim-məşq toplanışı çərçivəsində Macarıstanın “Uypeşt” klubuna 0:1 hesabı ilə uduzduqları ilk yoxlama oyunundan sonra fikirlərini bildirib:

“İlk oyunumuz idi. Bu gün optimal formadan uzağıq, düzdür, hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi. Amma komandada çox şeydən razı qaldım, hansı ki, futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Ancaq bəzi texniki səhvlər var idi, bu da normaldır. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43