Ölkə futbolu

Qurban Qurbanov: “Samtredia” bizi daha yaxşı tanıyır”

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi məlum olub. Ağdam klubu son Gürcüstan çempionu “Samtredia”yla qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında püşkü dəyərləndirib:

“5 potensial rəqibdən ən çətini düşdü. “Samtredia” bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür. Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43