Kateqoriyasız

Qurban Qurbanovdan transfer açıqlaması

Bu mövsümün sonunda “Qarabağ”dan heç bir futbolçu göndərilməyəcək.

İdmanxeber.com qol.az-a istinadən xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

“Onsuz da heyətimiz geniş deyil. “Qarabağ”a gələn olacaq, gedənsə olmayacaq”.

O bildirib ki, müqaviləsi başa çatan oyunçulara yeni müqavilə təklif olunacaq.

Q.Qurbanov yay transfer pəncərəsində əsasən hücum xəttinə oyunçu almaq istədiklərini söyləyib. Onun sözlərinə görə, başqa mövqelərdə çıxış edən futbolçular da var ki, maraq dairələrindədir.

Ağdam klubunun çalışdırıcısı həmin futbolçuların adlarını açıqlamasa da, onların legioner olduğunu deyib. Qurban Qurbanov ümumiyyətlə, yay transfer pəncərsində yerli futbolçu almayacaqlarını söyləyib.

Onun sözlərinə görə, “Qarabağ”a tələblərinə cavab verən azərbaycanlı futbolçuların öz klubları ilə müqavilələri var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43