İdman

Qurban Qurbanovun köməkçisi Fransaya nə üçün gedir?

Azərbaycan millisinin məşqçiləri Kosovo yığmasının oyunlarını izləyəcək.

İdmanxeber.com-un məlumatına görə, bu məlumatı millimizin baş məşqçisi Qurban Qurbanov verib.

46 yaşlı mütəxəssis bildirib ki, köməkçilərindən birini UEFA Millətlər Liqasındakı rəqibin yoxlama matçlarına göndərəcək. Balkan təmsilçisi martın 24-də Madaqaskar, üç gün sonra Burkina-Faso ilə üz-üzə gələcək. Hər iki görüş Fransanın Frankonvil şəhərindəki Jan Rolan stadionunda baş tutacaq.

Qurbanov millimizin mart ayındakı hazırlıq prosesinə dəvət olunacaq futbolçuların siyahısını açıqlayacağı tarixi də qeyd edib. O vurğulayıb ki, millinin heyəti fasilə öncəsi keçiriləcək son oyunlardan, yəni martın 14-dən sonra açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43