Ölkə futbolu

Qurbanov bu iki yerli futbolçuya qapını göstərdi – ÖZƏL

Transfer çalışmalarına start verən “Səbail” iki yerli futbolçu ilə vidalaşmağı düşünür.

İdmanxeber.az-a daxil.olan məlumata görə, paytaxt klubu Turan Maanafov və Emin Zamanovla yolları ayıracaq. Hər iki futbolçunun çıxışı Mahmud Qurbanovu qane etmir. “Professor” ləqəbli çalışdırıcı postunda qalacağı təqdirdə bu futbolçuları komandadan göndərəcək.

Qeyd edək ki, “Səbail” 4 legioner futbolçusu ilə yolları ayırıb. Bunlar argentinalı müdafiəçi Fakundo Kardozo, braziliyalı arxa xətt oyunçusu Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43