Kateqoriyasız

Qurbanovdan Rail Məlikova sərt sözlər: “Unutma ki, sən “Neftçi”dən necə getmisən” (FOTO)

“Neftçi”nin futbolçusu Ruslan Qurbanov AZAL-ın kapitanı Rail məlikov haqqında sərt ittihamlar səsləndirib.

İdmanxeber.com-un məlumatına görə, millimizin də şərəfini qoruyan futbolçu öz “facebook” səhifəsində bu fikirləri səsləndirib:

“Qoy mən futbolda heç kim və heç nə olum, ancaq sən kapitan olmusan, təbrik edirəm, Rail Məlikov. Lakin unutma ki, sən “Neftçi”dən necə getmisən və indi hardasan. Milli haqqında isə mənə sən yox, baş məşqçi irad bildirə bilər. Ulduz futbolçu söhbəti mənə çatmır. Mən hələ öz üzərimdə işləməliyəm ki, başı dik gəzə bilim. Sənə də, komandana da uğurlar arzu edirəm. Əgər sən nəyisə səhv anladınsa, bu artıq mənim problemim deyil. Mən AZAL-ı təhqir etməmişəm. Cənab Malikov, mənim belə deməyimə səbəb isə klublar arasındakı büdcə fərqi olub. Nəysə, sənə uğurlar arzu edirəm, Kapitan!!!”



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43