Kateqoriyasız

Rəcəb Tayyib Ərdoğan Bakıdakı oyunları İlham Əliyevlə birgə izləyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli komandasının Bakıda keçirəcəyi Avropa çempionatının oyunlarını canlı izləyəcək.

O, bu barədə Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, bu oyunları birgə izləyəcəklərini söyləyib.

Türkiyə milli komandası AÇ-2020-nin iki qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İlk oyun iyunun 17-si Uels, növbəti matç isə iyunun 21-də İsveçrəyə qarşı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43