Kateqoriyasız

“Rəhbərlik bildirib ki, qrupdan çıxmaq lazımdır”

Mini-futbol üzrə Azərbaycan milli komandasının üzvü Bəxtiyar Soltanov jurnalistlərə açıqlama verib.

İdmanxeber.az təcrübəli futbolçunun fikirlərini diqqətinizə çatdırır:

“Komanda iki aydan çoxdur ki, Avropa çempionatına hazırlaşır. Gündəlik məşqlər edirik. Komanda turnirə hazırdı. İkinci dəfədir ki, Avropa çempionatında iştirak edəcəyik. Bacardığımız qədər öncə qrupdan çıxmağa çalışacağıq. Daha sonra növbəti mərhələləri fikirləşəcəyik.

Bizim üçün qrupda daha çətin komanda Rumıniyadı. Səhv etmirəmsə 7 qat Avropa çempionlarıdı. İspaniyanı yox, öncə Rumıniyanı fikirləşirik. Qrup çətindi, çıxmağa çalışacağıq. Rəhbərlik bildirib ki, qrupdan çıxmaq lazımdır. Əsad məqsəd budu. Öncəki ildə qrupda qalmışdıq.

Komandanın potensialı? Mən irinci dəfədir gedirəm. Bir söz deyə bilməyəcəm. Rəqibləri də görməmişəm. Ancaq internet vasitəsilə baxmışam. İnaniramki yüksək yerlərə oynaya bilərik. Mənim üçün böyük futbol oynamaq daha rahatdı. Buranı tutmaq çətindi. Balaca futboldu, temp çoxdu, tez-tez dəyişiklər olur deyə adama çətin gəlir. Çalışırıq ki, öyrəşək bu futbola da. Burada da hücumda oynayıram. Potensialı görürəm. İnşallah çimərlik yığmamızı da üstələyərik nəticələrdə”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43