Ölkə futbolu

Paytaxt klubu kapitanı yola gətirdi

2021/2022 mövsümünü sonuncu pillədə başa vuran “Səbail” Rahid Əmirquliyevi komandada saxlamağı düşünür.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu kapitanı ilə yeni sözləşmə imzalamağa yaxındı. Təcrübəli futbolçu ilə nəzərdə tutulan müqavilə 1 illikdi.

Qeyd edək ki, Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43