Dünya futbolu

Rəşad Sadıqov: “Bu, hocanın haqqıdır”

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qarabağ” komandasının futbolçusu Rəşad Sadıqov Türkiyənin “TRT Spor” kanalaına müsahibə verib. Ağdam təmsilçisinin kapitanı bu mövsüm yenə çempion olmaq istədiklərini bildirib:

“Əsas rəqibimizdən 3 xal öndəyik. Necə olacağını Allah bilir. Ancaq biz yenə də çempion olmaq istəyirik”.

Bu axtı ilə Türkiyədə “Kayserispor”, “Kocaelispor” və “Eskişəhərspor” klublarının formasını geyinmiş təcrübəli futboçu bu mövsüm Superliqada “Başakşəhər”in çempion olmasını istəyir:

“Bu mövsüm “Başakşəhər”in çempion olmasını çox istərdim. Çünki bu, Abdullah hocanın (Abdullah Avcı – red.) bunu haqqıdır. Komanda olaraq da buna layiqdirlər. Onların çempion olmasını ürəkdən istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43