Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün 3-cü yerin sahibi müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, bürünc mükafatı “Zirə” klubu qazanıb.
Komanda son turda “Şamaxı” ilə qolsuz bərabarə qalıb. Ancaq Bakı təmsilçisinin ən yaxın izləyicisi “Qəbələ” də “Sabah”la matçda heç-heçə edib – 1:1. Bu nəticələrdən sonra Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 47 xalla Premyer Liqanın bürünc mükafatına sahib çıxıb. “Qəbələ” isə 45 xalla 4-cü olub.