İdman

Rahid Əmirquliyev: “Meydanda can qoyurduq” (MÜSAHİBƏ)

Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ” səfərdə “Zirə”ni 2:0 hesabı ilə əğlub edib.

İdmanxeber.com-un məlumatına görə, Ağdma klubunun üzvü oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Hiss olunurdu ki, tam gücünüzlə oynamadınız. Bunun səbəbi nə idi?
– İlk hissədə çətinlik çəkdik. Bərabər səviyyəyi mübarizə getdi. Ancaq fərqlənə bilmədik. İstədiyimiz qolları ikinci hissədə vura bildik. Biz tam gücümüzlə mübarizə apardıq. Meydanda can qoyurduq. AZAL-la səfər oyununda da, bu matçda da süni örtüklü meydançada oynadıq. Bu, müəyyən qədər çətinlik yaradır.  
 
– Çempionluq yolunda əsas rəıqibiniz olan “Qəbələ” bu gün xal itirdi. “Qırmızı-qaralar”dan belə uğursuzluq gözləyirdiniz?
– Düzü, “Qəbələ”nin xal itirdiyini bilmirdim. “Qəbələ”dən son oyunlarda belə oyunlar gözləmirdim. Çempionatda asan oyunlar keçmir. Ola bilsin ki, biz də növbəti turlarda xal və ya xallar itirdik. Belə getsə, maraqlı çempionat olacaq. İndidən çempionluq barədə danışmaq tezdi. 
 
– Çempionluq uğrunda mübarizə yenə də “Qəbələ” və “Qarabağ” arasında gedir…
– “İnter” də mövsümə yaxşı başlamışdı. Amma onlar da bu tur qələbə qazana bilmədilər. Ancaq “İnter”i siyahıdan silmək olmaz. İnanıram ki, onlar liderlər qrupunda gərgin mübarizəyə qoşulacaqlar. 
 
– Millinin toplanışına yorğun halda gedirsən. Nəzərə almaq lazımdı ki, Avropa Liqasında və çempionatda ardıcıl oyunlar keçirmisən…
– Şimali İrlandiya ilə oyuna kimi tam hazır olacam. 
 
– Belfast səfərindən xalla dönmək şansınız var?
– Şans hər zaman var. Bilirik ki, çətin olacaq. İnanırıq ki, səfərdən xalla dönəcəyik. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43