İdman

“Reynaldo buna görə əsəbiləşməyib”

“Şükürlər olsun ki, istədiyimiz qələbəni qazana bildik. “Qəbələ” xal itirdi və biz vacib bir qələbə əldə etdik. Bu, bizim üçün vacib 3 xal idi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözlər “Qarabağ”ın futbolçusu Elvin Yunuszadə deyib.

“Qarabağ” Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Zirə”ni 2:0 hesabı ilə məğlub edib.  Ağdam klubunun sonuncu qolunun müəllifi oyundan sonra əməkdaşımıza verdiyi açıqlamada vurduğu qola görə sevincli olduğunu vurğulayıb:

“Qol epizodunda bilmədim ki, top qapıya gedir. Bu, heç ağlıma da gəlmirdi. Epizodun təkrarına da baxmamışam. (gülür). Mənim üçün fərqi yoxdu, qolu Reynaldo və ya başqası vursun. Əsas odu ki, komandamız qalib gəlsin. Mən qol vursam da əhəmiyyəti yoxdur. Bu mövsüm ilk qolumu vurdum, sevinirəm”.  



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43