Ölkə futbolu

Rahid Əmirquliyev “Qarabağ”la məşqə çıxmadı

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “köhlən atlar” bir günlük isitirahət ardından bu gün məşqləri bərpa edib. Günün ilk məşqi yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 12:00) start götürüb və təxminən 60 dəqiqə davam edib. Dizində ağrıları olan Rahid Əmirquliyev fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib. Futbolçunun sabahdan etibarən komandayla məşqlərə qoşulacağı gözlənilir.

Qeyd edək ki, günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43