İdman

Ramil Şeydayev “Trabzonspor”da növbəti oyununu keçirdi

Bu gün Türkiyə kubokunda növbəti oyunlar keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Ramnil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor”   səfərdə 3-cü liqa təmsilçisi “Çorum Bələdiyəspor”un qonağı olub.

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

Şeydayev bu matça start heyətində başlayıb. İlk hissədən sonra isə Mehmet Ekici ilə əvəzlənib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43