Dünya futbolu

Ramil Şeydayev üçün növbəti şans

Slovakiya çempionatında 30-cu turun oyunları keçiriləcək.

Milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” da növbəti matçına çıxacaq. Çempionluğu bir neçə tur öncə təmin etmiş komanda doğma meydanda “Podbrezova”nı qəbul edəcək. Şeydayevin start heyətdə meydana çıxacağı gözlənilir.

“Jilina” – “Podbrezova” qarşılaşması Bakı vaxtilə saat 19:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43