Dünya futbolu

Runi: “Daha çox oynamaq istəyirəm”

“Mançester Yunayted”in hücumçusu Ueyn Runi gələcək karyerası haqda danışıb.

Təcrübəli forvard meydanda daha çox vaxt keçirmək istədiyini bildirib:

“Təbii ki, mən daha çox oynamaq istəyirəm. Gənc olsaydım, hazırkı durumumu anlayışla qarşılayardım. Klubun tələblərini də başa düşürəm və vəziyyəti dərk edirəm.

Artıq gələcəyimlə bağlı qərar qəbul etməliyəm. İngiltərə ilə yanaşı, digər ölkələrdən də çoxlu təklif almışam. Tezliklə yeni klubumun adını biləcəksiniz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43