Ölkə futbolu

Ramin Musayev: “Keyfiyyətsiz 20 komandadansa, 7-8 keyfiyyətli komanda olması yaxşıdır”

Püşkatmadan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mətbuat konfransı keçirib.

İdmanxeber.com-un məlumatına görə, Musayev bunları deyib:

“Çempionatı
keçirməkdə əsas məqsəd milli komanda üçün futbolçu yetişdirməkdir. Məqsədimiz həm
də çempionatın oyunçularının səviyyəsinin yüksək olmasıdır. Çalışırıq ki,
legionerlər keyfiyyətli olsun. Gənc yaşında olan futbolçu bizim həyatımız boyu
görmədiyi pulu 22 yaşında qazanır. Sonra oynamır. Elə bilir hər şey bununla
bitir.  Vaxtında bəzi futbolçulara
deyirdim ki, pulunuzu yığıb özünüzə şərait yaradın. Yerli oyunçularımız artıq
bu il özlərini göstərmək məcburiyyətində qalacaq.

Keyfiyyətsiz
20 komandadansa keyfiyyətli 7-8 komanda olması daha yaxşıdır. “Topaz” rəhbərliyi
bizimlə yola davam edəcək. Yeni proyektlər etmək lazımdır. Əgər nəsə fikriniz,
ideyanız varsa, bizə təqdim edin.

Qışda
Türkiyəyə normal komandalar gəlsə, biz də klublarımızı Türkiyəyə göndərəcəyik. Vacib
məsələ odur ki, hakimlərimiz xaricdəki oyunları gözəl idarə edirlər.
Avrokuboklarda sərbəstlik var deyə rahatdılar. Burda oyunlara hərə bir tərəfdən
stadionda azarkeşlər, jurnalistlər və s. müdaxilə olur.

Bizi əsas
narahat edən “Kəpəz”in stadionudur. Sabah nümayəndələrimiz ora yollanıb şəraitə
baxacaqlar.  Stadionlarda internetin
olmaması jurnalistlərə hörmətsizlikdir.

1000 ədəd
top sifariş vermişik. Yol xərci ilə birlikdə bir topun qiyməti 70 avro edir.
Klublarımız problem yaşamasınlar deyə təyyarə ilə təcili 200 top gətizdirmişəm.
Kubok üçün əlavə sponsor axtarışımız davam edir.

Birinci
divizionda mübarizə aparacaq komandaların azı 200 min manat büdcəsi olmalıdır. “Neftçala”
özü lisenziya almadı. Komandaların azlığı mənim üçün də xoş deyil. “Səbail”in
sponsoru var, büdcəsi var. Premyer Liqada çıxış etməyə də hazırdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43