Ölkə futbolu

Maksim Medvedev: “Çalışacağıq ki, az səhv edib düzgün oyun göstərək”

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” səfərdə son Çexiya çempionu “Viktoriya Plzen”in qonağı olacaq. 

İdmanxeber.com-un məlumatına görə, komandanın müdafiəçisi Maksim Medvedev oyun haqda fikirlərini klub saytına bildirib:

“İki il öncə yoxlama matçında “Viktoriya Plzen”lə oynamağımız bir şeyi dəyişmir. Rəqibimiz öz azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Biz də meydana məğlub olmaq üçün çıxmırıq. Çalışacağıq ki, az səhv edib düzgün oyun göstərək. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43