Ölkə futbolu

Ramin Musayev: “Neftçi”də vitse-prezident kimi işlədiyim vaxt futbolçuların maaşlarını yığıb ev, obyekt almışam”

Peşəkar Futbol Liqasının prezidenti  Ramin Musayev bu gün keçirilən mükafatlandırma mərasimində fikirlərini açıqlayıb.

Musayev, ayın ən yaxşı futbolçusu mükafatının gecikməsini Azərbaycan Superkubokunun hazırlığı ilə əlaqələndirib

"Sentyabrın ən yaxşı futbolçusu mükafatının gecikməsi Azərbaycan Superkubokuna hazırlıqla bağlı oldu. Mənim üçün sevindirici haldır ki, millimizin 2 oyunçusu mükafata layiq görülüblər. Sözsüz ki, “Qarabağ”ın oyunçusu Reynaldo Silva da layiqlidir. Onun sərgilədiyi və vurduğu qollar bizim çempionat üçündür. Azərbaycanlı futbolçuların millinin də oyunçuları olmaları mənim üçün ikiqat sevindiricidir. Hamımız xahiş edək ki, bu uğurlarınızı mövsümün sonunadək davam etdirəsiniz".

"Əfsuslar olsun ki, stadionlarımızda məhz oyunçulara görə azarkeşlər yox səviyyəsindədir. Stadionlara gələn azarkeşlərimizin həm “Əfran”a, həm də “Rauf”a görə gəlməsinə sevinərəm. Amma nə klublarımızda, nə də PFL-də marketinq işi yaxşı işləmir. Amma özünüz də nəsə edə bilərsiniz. Mən “Neftçi”də vitse-prezident kimi işlədiyim vaxt oyunçulara deyirdim ki, futbolçu ömrünün qısalığından istifadə edin. Mən futbolçuların maaşlarını yığıb ya özlərinə ev, ya da bir obyekt almışam, açarlarını da onlara vermişəm. Onlar da bunu razılıqla qarşılayıblar”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43