Ölkə futbolu

“Xəzər Lənkəran”lı futbolçu etiraz etdi: “…ehtiyac yox idi”

“Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva İspaniyanın “Atletiko” klubunda çıxış edən Dieqo Kostanın milliləşdirilməsindən narazıdı.

Cənub təmsilçisinin müdafiəçisi braziliyalı hücumçunun yığma seçimini pisləyib. Alvaro Dieqonun İspaniya millisində oynamasını düzgün saymır: “Dieqo Kostanın İspaniya yığmasında oynamaqla bağlı qərarını tənqid olunması normaldı. İspaniya yığması ispan dillilər üçündür. Belə milliləşdirməyə heç bir ehtiyac yox idi”. Dieqo cari mövsüm İspaniya Primerosında 13 qol vurmaqla bombardirlər yarışında Kriştianu Ronaldo ilə şərikli liderdi.  (apasport.az)  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43