Kateqoriyasız

“Rapid” – “Neftçi” matçına nə qədər bilet satılıb?

“Rapid” “Neftçi” oyunu öncəsi bilet satışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Avstriya təmsilçisi bu saata qədər 16 min bilet satıb. Matçın keçiriləcəyi “Alliyans Stadion”un tutumu 28 mindir. Görüş saatına qədər biletlərin böyük hissənin tükənəcəyi gözlənilir.

Daha öncə yazdığımız kimi “Neftçi” də Vyanda dəstəksiz qalmayacaq. Təmsilçimizi səfərdə yüzə yaxın azarkeş qələbəyə səsləyəcək.

“Rapid” – “Neftçi” oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43