Kateqoriyasız

“Viktoriya”nın yeni transferi “Qarabağ”a qarşı oynaya biləcək

“Qarabağ”ın rəqibi olan Çexiya “Viktoriya” klubu növbəti transferini həyata keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Plzen təmsilçisi “Siqma”dan Vatslav Yemelkanı heyətinə cəlb edib. “Viktoriya” Çexiya millisinin müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Onun Ağdam təmsilçisinə qarşı matçlarda iştirak edə biləcəyini vurğulanıb.

Xatırladaq ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43