Milli komanda

Rasim Ramaldanov: “Burada dəhşətli bir şey yoxdu”

"Prosineçki məni bu dəfə heyətə salmadısa burada dəhşətli bir şey yoxdu. Ola bilsin onun oyun sisteminə uyğun gəlmirəm və ya başqa səbəblər də ola bilər. Bunu artıq ondan soruşun"

Bu sözləri idmanxeber.com-a açıqlamasında millimizin sabiq üzvü Rasim Ramaldanov deyib.

"Xəzər Lənkəran"ın futbolçusu martın 28-də Maltayla qarşılaşacaq millimizdən qələbə gözlədiyini bildirib:

"Sössüz ki, bu oyunu udmalıyıq. Düzdü, onlar da istəyəcəklər ki, bizdən xal alsınlar. Amma biz öz meydanımızda oynayırıq. Bu amilə görə, qələbə qazanmalıyıq. Ancaq yüz faiz kimsə çıxıb deyə bilməz ki, biz onları udacağıq. inşAllah qələbə qazanacağıq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43