Ölkə futbolu

Rasim Ramaldanov: “İndi bilinməz ki…”

Bu gün Premyer Liqanın 16-cı turunda “Xəzər Lənkəran” səfərdə “İnter”in qonağı olacaq.

Cənubluların futbolçusu Rasim Ramaldanov matç öncəsi idmanxeber.com-a açıqlama verib:

“İnter” müdafiəyə daha çox meyl göstərən rəqibdi. Xüsusən də müdafiədə daha çox diqqətli oynayırlar. Hücumda müdafiədə olduqları qədər effektli olmasalar da, yaxaladıqları az qol imkanından maksimum yararlanırlar. Ona görə də çalışacağıq ki, müdafiəyə diqqət yetirib, qol vuraq.  İndi bilinməz ki, biz qalib gələcəyik, ya onlar. Dənizlinin rəhbərliyi altında ilk çempionat oyununa çıxacağıq. Çalışacağıq ki, ona qələbə hədiyyə edək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43