Dünya futbolu

“Real” 120 milyondan artıq vermir

“Real” “Borussiya”nın futbolçusu Jud Bellinqem tarsnferində vaz keçə bilər.

İdmanxeber.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi oyunçunun transferində maraqlıdır. Ancaq rəhbərlik Bellinqem üçün 120 milyon avrodan yuxarı məbləğ ödəmək niyyətində deyil. 

“Real” bundan böyük məbləğ qarşılığında daha güclü oyunçuları transfer edə biləcəyini düşünür. Gənc futbolçu “kral klubu” ilə yanaşı, “Liverpul” və “Mançester Siti”nin də maraq dairəsindədir.

Bu səbəbdən də Dortmund təmsilçisi Bellinqem 120 milyondan çox təzminat tələb etməyi düşünür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43